Polispastlar təchiz edilərkən tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Polispastlar təchiz edilərkən aşağıdakı tələblərə riayət edilməlidir:

– polispastın cüt saylı sapları olduğu halda kanatın ucu hərəkətsiz bloka bağlanmalıdır;

–  polispastın tək saylı sapları olduğu halda kanatın ucu hərəkətli bloka bağlanmalıdır.

– Blokların və polispastların texniki yoxlanması istehsalçının sənədlərində göstərilmiş yüklərlə yerinə yetirilir.