İşçi meydançası olmayan söykəmə nərdivanları yalnız işçilərin binanın ayrı-ayrı yarusları arasında keçmələri və ya binanın tikinti konstruksiyalarına söykənməsi (dayanması) tələb olunmayan işlərin yerinə yetirilməsi üçün tətbiq etməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Söykəmə və ya asma nərdivanlardan istifadə olunarkən aşağıdakılara yol verilmir:
– nərdivanın hasarı və ya dayağı olmayan ən yuxarı iki pilləsində durub işləməyə;
– söykəmə və ya asma nərdivanın pilləsində birdən çox adamın olmasına;
– söykəmə nərdivanla yük qaldırmağa və ya endirməyə, üzərində alət saxlamağa.