Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 11 yaşlı məktəb şagirdi dini ayin zamanı qətlə yetirilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Hindustan Times” məlumat yayıb.

Bildirilib ki, bu cinayət xarakterli addım məktəbin sahibinin göstərişi ilə həyata keçirilib. Bu məqsədlə o öz oğlu və məktəbin müəllimləri ilə birlikdə hədəf seçilən şagirdi oğurlayaraq kimsəsiz yerə aparıblar

Həmin şəxslər azyaşlını boğduqdan sonra onun başını kəsiblər.

Ştat polisi faktla bağlı 5 nəfəri həbs edib. Onların arasında məktəbin direktoru və iki müəllimi də var.

İlkin ifadəsində onlar bu cinayəti həmin “təhsil ocağının” daha da inkişafı və çiçəklənməsi məqsədilə törətdiklərini bildiriblər.