Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.

O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.