Bakıda 20 yaşlı gənc qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a verilən məlumata görə, oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü E. S. müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.