İşçinin ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən 1,2 m-dən çox hündürlükdə quraşdırılan kanatın statik qırıcı qüvvəsi 40400N-dan (4040kqQ) az, 1,2 m-ə qədər hündürlükdə quraşdırılan kanat üçün isə 56000N-dan (5600 kqQ) az olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşçinin ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən 1,2 m-dən çox hündürlükdə quraşdırılan üfüqi anker xəttinin polad kanatlarının diametri 8 mm-dən az olmamalıdır.