Hansı hallarda daşına bilən və asma nərdivanlarda işləməyə yol verilmədiyi müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Aşağıdakı hallarda daşına bilən və asma nərdivanlarda işləməyə yol verilmir:
– fırlanan (hərəkət edən) mexanizmlər, işləyən maşınlar, transportyorlar (konveyer) üzərində;
– elektrik və pnevmatik alətlərdən, tikinti-montaj tapançalarından istifadə etdikdə;
– qaz-qaynaq, qaz-alov və elektrik-qaynaq işlərini yerinə yetirərkən;
– naqil xətlərini dartarkən və ağır detalları hündürdə saxlayarkən.