Elektrikləşmiş dəmiryol hissələrinə drenaj kabellərinin və naqillərin qoşulması və yerləbirləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun və dəmiryolunun müvafiq xidmətinin nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Elekrokimyəvi mühafizə qurğularının sazlanması elektrokimyəvi mühafizə xidmətinin istismar heyəti tərəfindən yerinə yetirilməlidir.