Bütün yükqaldırıcı maşınlar, mexanizmlər və qurğular, o cümlədən bucurqadlar, polispastlar, bloklar, tal sistemləri, yüktutan vasitələr və qurğular, tara, inşaat qaldırıcıları (vışkalar), fasad qaldırıcıları müəyyən olunmuş qaydada qeydiyyatdan keçir, istismara buraxılır, vaxtaşırı yoxlamalardan və texniki müayinədən keçirilir, texniki xidmətlə təmin olunur, onların texniki vəziyyətinə və istismar şəraitinə müvafiq nəzarət təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.