Cinayət prosesinin iştirakçısı statusunu əldə etmiş şəxsin hüquq və vəzifələri onun iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin icraatına başlanmamışdan və onun cinayət prosesinin iştirakçısı qismində hər hansı bir mövqeyini bildirməmişdən əvvəl izah edilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə iclasına gəlmiş cinayət prosesi iştirakçısına cinayət işi üzrə məhkəməyədək icraatda hüquq və vəzifələrinin izah edilib-edilməməsindən asılı olmayaraq məhkəmə onun hüquq və vəzifələrini izah etməlidir.