Dam örtüyü və hidroizolyasiya işləri yerinə yetirilərkən işçilərə təhlükəli və zərərli istehsal faktorlarının təsirinin qarşısını almaq məqsədilə icra planına, texnoloji xəritələrə və naryad-buraxılış sənədlərinə əlavə tədbirlər daxil edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Binaların damında işçilərin dam örtüyü və başqa işlərin yerinə yetirilməsinə buraxılması, damın və hasarların daşıyıcı konstruksiyalarına məsul iş icraçısı və ya ustanın briqadirlə birlikdə baxış keçirməsindən və onların vəziyyəti, təhlükəsizlik tədbirləri müəyyən olunduqdan sonra, naryad-buraxılış sənədinə uyğun olaraq həyata keçirilir.