Fasilədən sonra briqada üzvləri məsul iş icraçısı olmadan iş yerinə qayıtmamalıdırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Belə fasilədən sonra naryad-buraxılış sənədində qeyd olunmadan məsul iş icraçısı işlərin icra olunmasına icazə verir. İşçilərin hündürlükdə konstruksiyalar üzrə yerdəyişməsi (qalxması və enməsi) zamanı yuxarıdan (düşmə faktoru 0) anker qurğusunu mövqedə saxlamaqla sığorta sistemini təşkil etmək mümkün olmadığı halda onların təhlükəsizliyini təmin etmək üçün bu Qaydaların 15 nömrəli əlavəsində nəzərdə tutulmuş, konstruksiyalar üzrə hərəkət zamanı işçinin təhlükəsizliyin təmin edilməsi sistemlərindən 1-ci və 2-ci qrafik sxemlərinə uyğun olaraq istifadə edilir, sistemlərin 3-cü qrafik sxeminə uyğun olaraq özü-özünü sığorta etməklə və ya aşağıdan ikinci işçi ilə (sığorta edən) təhlükəsizliyini təmin edir.