İşəgötürənin hündürlükdə yerinə yetirilən işlərin təhlükəsizliyini təmin etmək üçün nələri təşkil etməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşəgötürən hündürlükdə yerinə yetirilən işlərin təhlükəsizliyini təmin etmək üçün aşağıdakıları təşkil etməlidir:
– mühafizə vasitələrinin düzgün seçilməsi və istifadə edilməsi;
– mühafizə vasitələrinin markalanmasına aid göstərişlərə riayət olunması;
– istehsalçının istismar sənədlərində göstərilmiş mühafizə vasitələrinə xidmət göstərilməsi və vaxtaşırı yoxlanması.