Kanatların, yükqaldırıcı mexanizmlərin stroplarının təhlükəsizliyinə olan tələblər məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Kanatların, yükqaldırıcı mexanizmlərin stroplarının təhlükəsizliyinə olan tələblər aşağıdakılardır:

– kanatlar, stroplar müəyyən olunmuş tələblərə uyğun olmalıdır;

– iş zamanı diqqət yetirilməlidir ki, kanat digər kanatlara, yükün iti uclarına, avadanlığın hissələrinə toxunmasın, o cümlədən kiçik diametrli blokda və barabanda da həddindən artıq əyilmələr olmasın;

– kanatların bilavasitə deşiklərə, sırğalara (qarmaqlara) və ramalara bağlayıcı element olmadan bağlanmasına yol verilmir;

– içərisində sınıqlar, düyünlər, sapları qırıq (sintetik kanatlar üçün) və ya məftilləri qırıq (polad kanatlar üçün) olan və yol verilə bildiyindən artıq yeyilən kanatların tətbiqinə icazə verilmir;

– yük kanatlarını bir-birinə calamağa (uc-uca bağlamağa) yol verilmir. Digər kanatları yalnız o hissədə calamaq olar ki, kanatın bloka və ya barabana sarılması istisna olunsun;

– stropların ilgəyi kovuşu tətbiq edib ondan kanatın boş ucunu keçirmək yolu ilə, sıxıcıları quraşdırmaqla, müəyyən olunmuş tələblər üzrə başqa yoxlanılmış üsullarla yerinə yetirilməlidir.