Şəxsin məhkəmə iclasında məhkəmə iclasının katibi qismində əvvəlki iştirakı onun sonrakı məhkəmə iclaslarında həmin qisimdə iştirakını istisna etmir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə iclasının katibinə etiraz aşağıdakı kimi həll edilir:

– cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən;

– cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən.