Argentinanın San-İsidro şəhərinin məhkəməsi əfsanəvi Dieqo Maradonanın övladlarının futbolçunun cəsədinin mavzoleyə köçürülməsi barədə xahişini qəbul edib.

Heftelik.az-ın “Clarin”ə istinadən verdiyi məlumata görə, dünya futbolunun əfsanəsinin cəsədi özəl (qapalı) Bella Vista qəbiristanlığından Buenos-Ayresin mərkəzində tikilən mavzoleyə köçürüləcək.

Mavzoleyin tikintisi futbolçuya həsr olunmuş “Memorial 10” layihəsinin bir hissəsidir. Layihəyə əsasən, mavzoley ziyarətçilərin üzünə açıq olacaq.