Naryad-buraxılış sənədində və icra planında nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyini təmin edən kompleks tədbirlərin dəyişdirilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Naryad-buraxılış sənədi hündürlükdə iş başlayandan etibarən 15 təqvim günündən çox olmayan müddətə verilir. Naryad-buraxılış sənədini yalnız bir dəfə 15 təqvim günündən çox olmayan müddətə uzatmaq olar.