Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, sərəncam imzalanarkən  Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülüb.

Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisidir.