Laboratoriyanın qaz şəbəkəsi iş yerlərində ventil və kranlardan əlavə otaqdan kənarda, əl çatan yerdə quraşdırılmış bağlayıcı ventillə təchiz olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Sıxılmış maye yanar qazlar saxlanılan balonlar ölçülərindən asılı olmayaraq otaqdan kənarda yerləşən metal şkaflarda saxlanılmalıdır. Şkaflarda havanın dəyişməsi üçün barmaqlıqlar və yaxud deşiklər olmalıdır.