Məsul iş rəhbəri və ya iş icraçısının daha 6 vəzifəsi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

– təlimat keçirilərkən briqada üzvlərinə işlərin icra edilmə ardıcıllığını, qəza və fövqəladə hallarda hərəkət qaydalarını izah etmək, hüquq və vəzifələrini onların diqqətinə çatdırmaq;

– təlimatdan sonra hündürlükdə işlərin təhlükəsiz icra edilməsi üzrə tədbirlərin briqada üzvləri tərəfindən tam mənimsənildiyini yoxlamaq;

– iş yerinin işə başlamaq üçün hazırlanması zamanı, iş icra olunarkən və başa çatdıqdan sonra, hündürlükdə işlərin təhlükəsizliyi üzrə naryad-buraxılış sənədində göstərilən tədbirlərin yerinə yetirilməsini təşkil və təmin etmək;

– naryad-buraxılış üzrə briqadanın bilavasitə iş yerində işləməsinə icazə vermək;

– hər bir briqada üzvünə onun iş yerini göstərmək;

–  məsul iş icraçısının icazəsi olmadan briqada üzvlərinə iş yerini tərk etməyi, naryad-buraxılış sənədində nəzərdə tutulmayan işlərin yerinə yetirilməsini qadağan etmək;