Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır:
– bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək;
– vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək;
– vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq.