Quraşdırma işləri başa çatdıqda mühafizə anod yerləbirləşdirməsinə ölçü cihazı vasitəsilə nəzarət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Mühafizə yerləbirləşdirməsinin sızmaya qarşı müqavimətə nəzarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun aparılmalıdır. Anod yerləbirləşdirməsinin sızmaya qarşı müqavimətinin qiyməti layihə sənədinə uyğun yoxlanılır.