Bakı metropoliteninin “28 may” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Metropolitendən Heftelik.az-a verilən məlumata görə, hadisə zamanı qatar maşınısti əyləcləməni sıxıb, yüksək gərginlik də çıxarılıb.
“Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, sərnişin dünyasını dəyişib”, – məlumatda qeyd olunub.