Pilləkən qəfəslərinin marşlarının pillələrində nərdivanların quraşdırılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Belə şəraitdə işləmək üçün ayaqaltılar tətbiq edilməlidir. Nəqliyyat vasitələrinin və insanların qızğın hərəkət etdiyi yerlərdə söykəmə nərdivanla işləyən zaman onun təsadüfi təkanlardan aşmasının qarşısını almaq üçün (nərdivanda ucluqların olub-olmamasından asılı olmayaraq) nərdivanın quraşdırıldığı yer hasara alınmalı və ya qorunmalıdır.