İşəgötürən hündürlükdə işlər yerinə yetirilməyə başlamazdan əvvəl naryad- buraxılış sənədi tərtib olunmaqla yerinə yetiriləcək işlərin siyahısını təsdiq etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Siyahıya bu Qaydalarda göstərilən işlərdən başqa stasionar olmayan iş yerlərindəki işlər də daxil edilməlidir. İstisna hallarda (qəzaların qarşısının alınması, işçilərin həyatı üçün təhlükənin, qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması) işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə cavabdeh işçilərin rəhbərliyi altında hündürlükdə yerinə yetirilən işlər naryad-buraxılış tərtib olunmadan yerinə yetirilə bilər.