Vergi orqanları və onların vəzifəli şəxslərinin vergi ödəyiciləri haqqında məlumatı digər orqanlara hansı qaydada verə biləcəyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Vergi orqanları və onların vəzifəli şəxsləri  vergi ödəyiciləri haqqında məlumatı vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə, vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına və ədalət mühakiməsinin həyata keçirilməsi məqsədi ilə müvafiq məhkəmələrə qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.