Bərdə bazarında qadın əri tərəfindən bıçaqlanıb.

Heftelik.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə təzə bazar ərazisində sahibkarlıqla məşğul olan, 1978-ci il təvəllüdlü Qasımova Gülnar Ərşad qızı, həyat yoldaşı Qasımov Ayaz İmamqulu oğlu tərəfindən bıçaqlanıb.
Kişi daha sonra özünə xəsarət yetirib.
Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, faktla bağlı araşdırma aparılır.

***

saat 10.51

Bərdədə bıçaqlanma olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb.

Hadisədən sonra Ayaz Qasımov özünə xəsarət yetirib. Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.