Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qoruyucu hasarların tətbiqi mümkün olmayan yerlərdə təhlükəsizlik sistemləri vasitəsilə ilə hündürlükdə işlərin icra edilməsinə icazə verilir. Hündürlükdə işlər icra edilən yerin altında (aşağısında) işlərin görülməsi zamanı yüksək təhlükə zonası müəyyən edilir, işarələnir və hasarlanır.