İşdə fasilələr olduğu zaman naryad-buraxılış həmin müddət üçün artırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş prosesində naryad-buraxılışda nəzərdə tutulmayan təhlükəli istehsal faktorları və zərərli əmək şəraiti yarandığı halda məsul iş rəhbərinin qərarı ilə işlər dayandırılır, naryad-buraxılış sənədi ləğv edilir, yalnız yeni naryad-buraxılış sənədi verildikdən sonra işlər bərpa olunur.