İşlərə başlamazdan əvvəl nələrin yerinə yetirilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşlərə başlamazdan əvvəl aşağıdakılar yerinə yetirilməlidir:
– işlərin aparıldığı yerə 2,5 m və daha yaxın məsafədə olan elektrik şəbəkəsini və elektrik avadanlığını hasarlamaq;
– dam örtüyünün möhkəmliyini yoxlamaq;
– anker qurğularının quraşdırılma yerlərini, birləşdirici yarımsistemlərin istiqamətini müəyyən etmək;
– anker qurğularını quraşdırmaq və onların etibarlığına əmin olmaq;
– damda hərəkət etmək və materialları qəbul etmək üçün daşınan asma nərdivanları və meydançaları hazırlamaq;
– işçiləri hündürlükdən düşmələrinə qarşı mühafizə vasitələri ilə, xüsusi geyimlə, ayaqqabılarla və qoruyucu dəbilqələrlə təmin etmək.