Məsul iş rəhbəri və ya iş icraçısının daha bir neçə vəzifəsi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
– verilmiş naryad-buraxılış sənədində nəzərdə tutulmayan əlavə təhlükəli istehsal faktorları aşkar olunduğu halda, eləcə də briqadanın tərkibi dəyişdikdə yeni naryad-buraxılış sənədi tərtib olunana qədər işləri dayandırmaq;
– işlər yerinə yetirilən zaman nizamlı fasilələri təşkil etmək, fasilələrdə briqada üzvlərini iş yerindən çıxarmaq və fasilələr bitdikdən sonra iş yerinə yalnız şəxsi baxış keçirdikdən işçilərin işləməsinə icazə vermək;
– işlər başa çatdıqdan sonra materialların, alətlərin, qurğuların, hasarların, zibilin və başqa əşyaların yığışdırılmasını təşkil etmək, briqada üzvlərini iş yerindən çıxarmaq.