İş günü başa çatdıqdan sonra daxili elektrik şəbəkəsini açmaq üçün laboratoriya otağından kənarda ümumi elektrik açarı quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Laboratoriyada iş qurtardıqdan sonra texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə cavabdeh şəxs aşağıdakıları yoxlamalıdır:
– su və qaz kranlarının və ümumi ventilin bağlı olmasını;
– lampalar, odluqlar və digər od təhlükəli cihazların söndürülməsini;
– elektrik qəbuledicilərinin (işıq, ventilyasia və s.) şəbəkəsinin açılmasını.
Laboratoriyada iş ən azı 2 nəfərin iştirakı ilə həyata keçirilməlidir.