Elektrik qurğularına xidmət edən zaman başqa təhlükəsizlik tədbirləri ilə yanaşı, elektrik mühafizə vasitələrindən də istifadə etmək mütləq lazımdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Mühafizə vasitələri onların sazlığını və istifadəyə yararlığını təmin edən bağlı otaqlarda saxlanılmalıdır. Mühafizə vasitələri müəyyən olunmuş müddətdə sınaqdan keçirilməlidir.