Polad kanatlar əsasən 1558 MPa-dan (155,8 kqQ/m2) aşağı olmayan markalanma qrupuna aid olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Kanat ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən yuxarıda quraşdırılan zaman o, əvvəlcə (aralıq dayaqlara bərkidilənə qədər) kanatın bağlanacağı nöqtələr arasındakı məsafədən asılı olaraq 1000N-dan (100kqQ) 4000N-a (400kqQ) qədər qüvvə ilə dartılmalıdır.