Takelaj vasitələrinin, mexanizm və qurğularının uçotu və müayinəsi jurnalının nümunəsi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hər yükqaldırıcı mexanizm və qurğu müvafiq texniki reqlamentdə, standart və ya məhsulun hazırlanmasına aid texniki şərtlərdə nəzərdə tutulmuş sənədlərə malik olmalıdır. Hər bir yükqaldırıcı mexanizm və qurğu maksimal təhlükəsiz işçi yükün miqdarı göstərilməklə görünən yerdə aydın markalanma nişanına malik olmalıdır.