“İdman Azərbaycan” kanalında gözlənilməz ayrılıq baş verib.

Heftelik.az-ın Offsideplus.az-a istinadən verdiyi məlumata görə, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub.

Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.
Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı.