Cinayət prosesini həyata keçirən orqan, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxs hal şahidinə, tərcüməçiyə, mütəxəssisə, ekspertə onların iştirakı ilə keçirilən hər bir istintaq və ya digər prosessual hərəkətə başlanmamışdan əvvəl onların hüquq və vəzifələrini izah etməlidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ekspertin hüquq və vəzifələri cinayət prosesini həyata keçirən orqanın xahişi ilə onu təyin etmiş ekspert idarəsinin rəhbəri tərəfindən də izah edilə bilər. Şahidin hüquq və vəzifələri cinayət prosesini həyata keçirən orqan tərəfindən bir dəfə birinci dindirmədən əvvəl və təkrarən məhkəmə iclasında izah edilir.