Şəxsin tərcüməçi və ya mütəxəssis qismində cinayət prosesində əvvəlki iştirakı onun müvafiq qisimdə bundan sonra cinayət prosesində iştirakını istisna etmir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tərcüməçiyə və ya mütəxəssisə etiraz aşağıdakı qaydada həll olunur:
– cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən — məhkəmənin tərkibi tərəfindən;
– təhqiqat və ya ibtidai istintaq aparılarkən — müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;
– cinayət işinə və ya digər materiala hakim tərəfindən təkbaşına baxılarkən — məhkəmə iclasında sədrlik edən tərəfindən.