Aparıcı konstruksiyaların əvvəlcədən möhkəmliyi yoxlanılmadan yüklərin örtük, dayaq və meydançaların üzərinə buraxılmasına yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yükqaldıran mexanizmlərlə işləyən zaman aşağıdakılara yol verilmir:
– yükü asılı vəziyyətdə qoymaq (saxlamaq);
– insanlar üçün təyin olunmayan yükqaldırıcı mexanizmlərdə insanları qaldırmaq-endirmək;
– kifayət qədər işıqlandırılmayan yerdə yükləri qaldırmaq, daşımaq;
– yük kanatları maili vəziyyətdə olarkən yükləri daşımaq;
– kütləsi mexanizmin yükqaldırma qabiliyyətindən atrıq olan yükləri, donmuş və ya sıxılmış yükləri, kütləsi məlum olmayan yükləri qaldırmaq;
– yük qaldırılarkən, daşınarkən və ya aşağı endirilərkən onu dartmaq,eləcə də vəziyyətini öz kütləsi ilə düzəltmək;
– yükqaldıran mexanizmin köməyi ilə yük altında qalan (sıxılmış) stropları, kanatları, zəncirləri azad etmək;
– nasaz və ya sıradan çıxmış təhlükəsizlik cihazları və tormoz sistemləri ilə işləmək.