Gədəbəy rayonunda 42 yaşlı kişi atdan yıxılaraq ölüb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 12 radələrində rayonun Slavyanka kəndinin ərazisində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılaraq ölüb.
Hazırda rayon prokurorluğu tərəfindən araşdırma aparılır.