Naryad-buraxılış sənədinin vaxtını onu verən işçi və ya naryad-buraxılış sənədini vermə hüququna malik başqa işçi uzada bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Başa çatmış işlərin naryad-buraxılış sənədi bir ay saxlandıqdan sonra məhv edilir. Naryad-buraxılış üzrə işlər yerinə yetirilərkən istehsalatda bədbəxt hadisə baş verərsə, o zaman bu naryad-buraxılış sənədləri istehsalatda bədbəxt hadisənin təhqiqat materialları ilə birgə müəssisənin arxivində mühafizə edilməlidir.