Binəqədi rayonunda avtomobil iki piyadanı vurub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, Aqil Səmədov idarə etdiyi “Mercedes Benz Axor” markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub.

Hadisə nəticəsində Cəmilə Eyvazova ölüb.

Faktla bağlı araşdırılma aparılır.