Qanuna və ya məhkəmənin hökmünə əsasən onun ekspert olmaq hüququ olmadıqda ekspert cinayət prosesində iştirak edə bilməz.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təftiş, yaxud digər yoxlama hərəkətləri aparmışdırsa və nəticədə bunlar cinayət işinin başlanmasına əsas olmuşdursa da ekspert cinayət prosesində iştirak edə bilməz.