Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Tibbi sığorta haqqında” qanunlardan irəli gələn vəzifələrin icrası üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.