Hündürlükdə qoruyucu hasarlar olmadan işlərin icra olunması, icra planına və naryad-buraxılış sənədinə uyğun olaraq tutub saxlayan, mövqedə saxlayan, sığorta sistemlərinin və ya kanatla yanaşma sisteminin tətbiqi ilə həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Dama çıxmağı və oradan enməyi yalnız pilləkən marşları vasitəsilə və dama çıxmaq üçün quraşdırılmış nərdivanla yerinə yetirilməlidir. Bu məqsədlər üçün yanğın nərdivanlarından istifadə etmək qadağandır.