Mexanizm xarab olduqda, yükü aşağı endirmək mümkün olmadıqda, asılmış yükün altında qalan yer hasarlanır və “Təhlükəli zona”, “Keçid bağlıdır” yazılı plakatlar asılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Yük qaldırmazdan əvvəl onun stroplarla düzgün bağlanmasını, stropların bərabər dartılmasını, yükqaldıran mexanizmin dayanıqlığını və tormozun təsirinin etibarlığını yoxlamaq üçün yer səthindən 300 mm-dən çox olmayan hündürlüyə qaldırılmalıdır və yalnız bundan sonra yük tələb olunan hündürlüyə qaldırılmalıdır. Yükün stroplarını düzəltmək üçün o, aşağı endirilməlidir.