Cinayət prosesi iştirakçılarına, habelə cinayət prosesində iştirak edən digər şəxslərə hüquq və vəzifələri şəxsin inkişaf səviyyəsi, həyat təcrübəsi, təhsili və digər hallar nəzərə alınmaqla izah edilməlidir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Bu şəxslərin hər birinin xahişi ilə cinayət prosesini həyata keçirən orqan onun hüquq və vəzifələrini təkrarən izah etməlidir.