Kanatın bir ucu qalxıb-enən işçinin sığortalayıcı kəmər, ikinci ucu sığorta edən işçi tərəfindən tutulub saxlanılır, bununla da kanat boşalmadan birinci işçini etibarlı şəkildə tutub saxlamağa imkan yaranır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Müxtəlif tormoz sistemlərinin qrafik sxemləri, onların xarakteristikaları, sığorta kanatının əyilmə bucağından asılı olaraq anker qurğularında yaranan qüvvələrin nisbəti və dartılma qüvvəsi bu Qaydaların 16 nömrəli əlavəsində nəzərdə tutulmuşdur.