Əgər göstərilən işlər 24 saatdan çox davam edərsə, naryad-buraxılış sənədinin tərtib olunması yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Naryad-buraxılış sənədi hündürlükdə işlərin icra olunma yerini, onların məzmununu, keçirilmə şəraitini, başlama və qurtarma vaxtlarını, işi yerinə yetirən briqadanın tərkibini, işlərin yerinə yetirilməsi zamanı cavabdeh şəxsləri müəyyən edir.