Kanat dartılarkən tutacağa düşən qüvvə 160 N-dan (16kqQ) çox olmamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Dartılan kanatın aralığının ortasında sallanma nəzərə alınaraq ilkin dartma qüvvəsinin qiyməti bu Qaydaların 13 nömrəli Əlavəsində nəzərdə tutulmuş, anker qurğusundakı yükün hesablama qiymətinə uyğun olaraq müəyyən edilir. Ehtiyat hündürlük hesablanan zaman kanatın sallanması nəzərə alınmalıdır.